Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Torpaq dəllalının 200 min manatlıq sərgüzəşti

Tarix: 25-08-2017 20:59     Baxış: 2298 A- / A+
Torpaq dəllalının 200 min manatlıq sərgüzəşti

Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan şəxsin etibardan sui-istifadə və dələduzluq əməllərinin üstü açılıb. Məlum olub ki, torpaq biznesi ilə məşğul olan bir nəfər şəxs çoxlu sayda vətəndaşın inamından və etibarından sui-istifadə edərək onlara saxta sənədlər əsasında həyətyanı torpaq sahələri satmaqla külli miqdarda vəsaiti mənimsəyib. Bir-biri ilə yaxın və uzaq qohumluq əlaqəsi olan insanları aldadaraq onların pulunu mənimsəyən “torpaq dəllalı”nın kimliyi də artıq hər kəsə bəllidir: Vəsait Məlikov!

Manevr.az
-ın xəbərinə görə, dələduzluq faktı ilə üzləşmiş bir qrup şəxsin Koordinat.az-a ünvanladığı müraciətdən məlum olur ki, həmin şəxsin eyni ərazidən torpaq “satdığı” 4 nəfərə vurduğu ziyanın ümumi məbləği 200 min manatdan çoxdur. Amma Vəsait Məlikovun toruna düşənlər təkcə bu 4 nəfər deyil. Onun saxta sənədlər əsasında torpaq satmaqla pullarını mənimsədiyi zərəçəkənlərin sayı daha çox, bu qanunsuz əməllərinin miqyası isə genişdir. Diqqət çəkən məqamlardan biri də odur ki, Vəsait Məlikov qanunsuz yollarla torpaq satdığı şəxslərin demək olar ki, hamısını eyni üsulla aldadıb. Belə ki, o, Bakıətrafı kənd və qəsəbələrdə kənd təsərrüfatı təyinatlı torpaqları guya, uzun müddətli icarəyə vermək adı ilə həmin torpaqları biznes fəaliyyəti ilə məşğul olmaq, fərdi ev tikmək istəyən vətəndaşlara “satıb”. O, torpaq sahəsinə dair bütün mülkiyyət sənədlərinin qaydasında olduğuna inandırmaqla hektarlarla ərazini bütöv və ya hissə-hissə ayrı-ayrı şəxslər arasında bölüşdürüb.

Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, ev 16A ünvanında yaşayan, 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Aleksandr Valeryeviç Litvinov redaksiyamıza ünvanlandığı müraciətində yazır: “Vəsait Məlikovla 2013-cü ilin mayında tanış olub. Söhbət əsnasında Vəsait Məlikov bildirib ki, Binə qəsəbəsi ərazisində ona məxsus torpaq sahələri satır. Bundan sonra Vəsait Məlikov, Fazil Məşədiyev ( o da Vəsait Məlikovun əməllərindən zərərçəkənlərdən biridir) və mən həmin torpaq sahəsinə baxış keçirdik. O, məni inandırdı ki, torpaq sahəsinin mülkiyyət hüququna dair bütün sənədlər qaydasındadır, yaxın vaxtlarda ərazi hətta qaz, işıq, su xətti ilə təchiz olunacaq. Vəsait Məlikov torpaq sahəsinin 80 sot olduğunu, hər sotunu 4 min manatdan satdığını söylədi. Tələb olunan məbləğin 73500 manatını nağd, 6500 manatını isə BMW markalı avtomobili barter yolu ilə verdim. Bundan sonra Vəsait Məlikov mənə notariat kontorundan Etibarnamə gətirdi və artıq mənim həmin torpaq sahəsinin mülkiyyətçi olduğumu dedi. Vəd də verdi ki, torpaq sahəsində mülkiyyət hüququnu təmin edən sənədi də tezliklə verəcək”.

Vətəndaşları aldadıb rahat yolla külli miqdarda vəsait qazanmağa bir növ öyrəncəkli olan Vəsait Məlikov bir müddət sonra Litvinovla əlaqə saxlayaraq həmin əraziyə bitişik daha 10,8 sot torpağı ucuz qiymətə ona satmaq istədiyini bildirib. Litvinov isə öz növbəsində razılaşıb. Bu dəfə 20 000 manat müqabilində. Bundan sonra Vəsait Məlikov ona 30,8 sot torpağa dair Çıxarış təqdim edəcəyini deyib: “Mən ümumilikdə Vəsait Məlikova 93 500 və dəyəri 6500 manat olan BMW markalı avtomobili vedim. Bundan sonra ondan torpağa dair hüquqi sənədləri tələb etdim lakin o, müxtəlif bəhanələrlə bundan boyun qaçırdı”.

Aleksandr Litvinov əməkdaşımızla söhbəti zamanı müraciətində yazdığı bu faktları bir daha təsdiq edərək Vəsait Məlikov tərəfindən aldadıldığını söyləyib. Vəsaitlə “alqı-satqı” prosesi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirdikdən sonra 100 min manat müqabilində aldığı torpaqda tikinti işlərinə başlamaq istəyən Litvinov aldadıldığını çox gec başa düşüb. Zərərçəkənə məlum olur ki, həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqdır və burada hər hansı tikinti aparmaq olmaz. Yəni Litvinova və digərlərinə “satılmış” torpaq yalnız kənd təsərrüfatı təyinatlı əkin sahəsi kimi icarəyə verilib. Üstəlik həmin torpaq sahəsinin özəlləşdirilməsi də qanunla qadağandır.

Əslən Şamaxı rayonundan olan Vəsait Məlikovun aldatma yolu ilə pullarını mənimsədiyi şəxslərdən biri də Xətai rayonu, B.Süleymanov küçəsi, ev 16-da yaşayan, 1986-cı ildə anadan olmuş Firuz Fəxrəddin oğlu Hümbətovdur. O da 2015-ci ilin əvvəllərində özünə fərdi ev tikmək məqsədi ilə Qala qəsəbəsində torpaq sahəsi axtararkən Vəsaitlə rastlaşıb. Daha doğrusu, bu “torpaq dəllalı”nı ona həmin qəsəbədə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alan qohumları tanış ediblər. Firuz Hümbətov da Vəsaitə 7200 manat ödəməklə ondan Qala qəsəbəsində 6 sot torpaq sahəsi alıb: “Pulu verərkən Vəsait Məlikov məni inandırdı ki, torpaq sahəsində ev tikə biləcəyəm. Hətta dedi ki, tikinti zamanı bağlı hər hansı problemlə üzləşsəm mənə kömək edəcək. Mənə dedi ki, narahat olma, torpaq sahəsinə dair bütün sənədlər qaydasındadır, hansısa problem yaransa şəxsi torpağımdan sənə həmin ölçüdə torpaq verəcəyəm. Mənə aldığım torpaq sahəsinə dair notariat kontorundan verilmiş Etibarnamə də təqdim etdi”.

Bununla belə, Firuz Hümbətov torpaq sahəsində tikinti aparmaq üçün yerli icra orqanına müraciət etdikdə sənədlərin saxta olduğu bilib. Aleksandr Litvinova söylənilən sözləri icra hakimiyyətində Firuza deyiblər. Zərəçəkənə məlum olub ki, Vəsait Məlikovdan hər sotunu 1200 manata aldığı 7 sot torpaq sahəsi yalnız kənd təsərrüfatı məqsədi ilə istifadə oluna bilər. Yəni həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi, orada tikinti aparmaq qanunsuzdur.

Firuz Hümbətov Vəsaitin ona verdiyi sənədləri yalnız bundan sonra araşdırır, müəyyən edir ki, həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Vəsait Məlikovun oğlu Vüsal Məlikova “kənd təsərrüfatı məqsədli” 99 illiyə icarəyə verilib. Və icarə müqaviləsində göstərilib ki, bu torpaq başqa təyinatla istifadə edilə bilməz. Beləliklə, vətəndaş aldadıldığını başa düşür, pulunu geri almağa nail ola bilmir və qərara alır ki, hüquq-mühafizə orqanlarına Vəsait Məlikovun əməllərindən şikayət etsin.

Şikayətçilərdən biri – Məşədiyev Kənan Fazil oğlu da eyni şəxs tərəfindən eyni üsulla aldadılıb. O, Vəsait Məlikovdan aldığı 77 sot torpağa ümumilikdə 92 min 400 manat pul ödəyib. O da Firuz Hümbətov kimi Qala qəsəbəsində “aldığı” torpaq sahəsinin hər sotuna görə Vəsait Məlikova 1200 manat verib.

Daha bir şikayətçi - Rəşad Şıxəliyev də bu məşhur “torpaq dəllalı”nın fırıldaqlarından zərər çəkib. Bakı şəhər sakini Rəşad Şıxəliyev Vəsait Məlikovun vədlərinə inanaraq uzunmüddətli icarəyə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 11 sot alıb. Əvəzində Vəsaitə 8 min manat ödəyib. “Satıcı” hamı kimə ona da etibarnamə verib ki, bu da həmin torpaq sahəsində ev tikmək üçün hüquqi imkan yaratmır.

İndi isə Vəsait Məlikovun dələduzluq əməllərinin torunda düşən zərəçəkənlər pullarını geri almaq istəyir. Ancaq onların bu cəhdləri hələ ki, nəticə vermir. Belə ki, onları aldadan Vəsait Məlikov müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa çalışır. Lakin başına gələnləri əməkdaşımıza danışan zərərçəkənlərin heç biri onların etibarından sui-istifadə edən fırıldaqçı Vəsait Məlikovu bu cür özbaşınalıqları rahat şəkildə davam etdirməyə imkan vermək niyyətində deyillər. Onlar başlarına gətirilən bu dələduzluq faktlarını ictimailəşdirdikdən sonra aidiyyəti üzrə hüquqi addımlar atacağlarını da söyləyirlər.


Torpaq dəllalının 200 min manatlıq sərgüzəşti
Torpaq dəllalının 200 min manatlıq sərgüzəşti
Torpaq dəllalının 200 min manatlıq sərgüzəşti
Torpaq dəllalının 200 min manatlıq sərgüzəşti

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar