Xəbər lenti
Qanunsuz ovla məşğul olan 73 nəfər saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, ölkə ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin 7 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 73 nəfər saxlanılaraq onlardan 66 ov tüfəngi, 172 patron, 18 ədəd quş və 4 baş heyvan götürülüb.
Qanun pozucuları barəsində protokollar tərtib edilərək 64 nəfərə 62600 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 fakt üzrə isə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.
Eyni zamanda cari ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl” istirahət mərkəzində 1 baş qonur ayının, Xaçmaz rayonu "Çənlibel” istirahət mərkəzində 2 baş Dağıstan turunun, Füzuli rayonu "Qarabağ” istirahət mərkəzində 2 baş qonur ayının və 3 baş ceyranın, Şamaxı rayonu "Sevinc” istirahət mərkəzində 2 ədəd şahin və 1 ədəd qırqovul quşlarının, Quba rayonunda 1 ədəd qırğı quşunun, Xəzər rayonu Mərdəkan bağ massivində isə 3 ədəd şahin quşunun qanunsuz olaraq təbiətdən götürüldüyü və saxlanıldığı aşkar edilib.
Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimə olunub, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar