Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Dəfn mərasimində dua oxuyan robot - BU DA OLDU...

Tarix: 24-08-2017 18:16     Baxış: 4295 A- / A+
Dəfn mərasimində dua oxuyan robot

Yaponiyada yaradılan insanabənzər robot din xadimi peşəsinə yiyələnib və dəfn mərasimlərində dua oxuyacaq.

Manevr.az-ın “TechCrunch” portalına istinadən verdiyi məlumata görə, “SoftBank Robotics” şirkəti tərəfindən yaradılan robot “Pepper” adlanır.

Hər ölkədə olduğu kimi, Yaponiyada da dəfn mərasimlərinin təşkili kifayət qədər maliyyə vəsaiti tələb edir. Gündoğan ölkədə mərasim xərcləri 10 min dollara çatır. “Nissei Eco” şirkəti bu xərclərin azaldılması üsulunu tapıb və yeni xidməti əhalinin aztəminatlı təbəqəsi üçün daha əlverişli etməyə çalışıb. Bunun üçün yüksək texnologiyadan istifadə edilib.

Din xadimi rolu daha əvvəl xəstəxanada və pizza dükanında işə götürülmüş “Pepper” humanoid-robotuna həvalə olunub. “Pepper” buddist sutraları oxuyaraq dəfn ritualını yola verməlidir. Robotun dəfn mərasimində canlı din adamını əvəz etməsi xərcləri ciddi şəkildə azaltmağa imkan verir.

Lakin “TechCrunch” texnoloji saytı bu yeniliyə tənqidi yanaşıb. Onlar qeyd ediblər ki, “Pepper” baş əyə bilmir. Bu isə hörmət əlaməti olaraq çox mühümdür.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar