Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Oğlu hərbi xidmətdə olan ata TƏLƏBƏ OLDU - AZƏRBAYCANDA (FOTO)

Tarix: 24-08-2017 17:40     Baxış: 4246 A- / A+
Oğlu hərbi xidmətdə olan ata TƏLƏBƏ OLDU

Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazasının yenidən qurulması, burada müasir elmi-tədqiqat və tədris laboratoriyalarının və mərkəzlərinin mərkəzlərinin yaradılması, tələbə evinin istifadəyə verilməsi, kənd təsərrüfatı ixtisasları üzrə tələbə qəbulunun yalnız dövlət sifarişi əsasında aparılması və digər tədbirlər özünü universitetə qəbul olan tələbələrin sayında və coğrafiyasında, habelə onların yaşında özünü göstərir.
Manevr.az xəbər verir ki, Universitetdən Milli.Az-a verilən məlumata görə, 2017/2018-ci tədris ilində universitə qəbul olan tələbələrdən biri 48 yaşlı Qazıyev Əfsəl Seyfəl oğludur. O, 1 noyabr 1969-cu il tarixində Quba rayonunun Əsparəsti kəndində anadan olmuş, hazırda həmin rayonun Zərqava kəndində yaşayır. Ə.Qazıyevin kənd təsərrüfatı ixtisasları üzrə təhsil almağa uşaq yaşlarından böyük maraq göstərib. Belə ki o, 1985-ci ildə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin "Şərəf Nişanı" ordenli Quba sovxoz texnikumuna daxil olmuş, hərbi xidməti başa vurduqdan sonra 1989-cu ildə həmin texnikumu "meyvə-tərəvəzçilik" ixtisası üzrə bitirmişdir.

Ölkədə kənd təsərrüfatına dövlət qayğısını, bu sahədə böyük perspektivləri nəzərə alan Əfsəl Qazıyev Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirdiyi test imtahanında iştirak edərək ADAU-nun tələbəsi adını qazanmış, aqronmluq fakültəsi əyani təhsil forması "ekologiya" ixtisasına qəbul olub. Yalnız dövlət sifarilşli ixtisaslardan biri olan bu ixtisasda təhsil alan tələbələr təhsil haqqından azad olmaqla yanaşı aylıq təqaüdlə təmin olunurlar.

4 övlad atası və böyük oğlu hərbi xidmətdə olan Ə.Qazıyev universitetin tələbə evində yaşayış yeri ilə təmin olunub.
Oğlu hərbi xidmətdə olan ata TƏLƏBƏ OLDU

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar