Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı çoban: “Alınmadı, yenidən çobanlığa başladım...” (VİDEO)

Tarix: 24-08-2017 17:14     Baxış: 4363 A- / A+
Azərbaycanlı çoban: “Alınmadı, yenidən çobanlığa başladım...”

Mahnı söyləyərkən telefonla çəkdiyi görüntülərlə internetdə məşhurlaşan azərbaycanlı çoban Pərvin Səfərovdan xəbər var.

Pərvin qoyun otararkən "Ağlaya-ağlaya” mahnısını oxuyub, video internetə yüklənəndən sonra 3 milyon baxış olub.

Manevr.az virtualaz-a istinadən xəbər verir ki, Türkiyə mediasına müsahibə verən Pərvin 3 milyon izləyicisi olsa da, məşhur olmağın qarın doyurmadığını deyib.

Pərvin Neftçalada yaşayır. Yayda çobanlıq edir, qışda isə tikintidə çalışır. "Musiqi alətlərində çala bilirəm, amma maddi imkansızlıqdan musiqi təhsili ala bilmədim. Türkiyədəki musiqi yarışmalarına da maddi imkansızlıqdan qatıla bilmirəm”, - Pərvin söyləyib.

Pərvin internetdə məşhurlaşmasına inanmadığını deyib: "Evə gələn kimi görüntüləri internetə yüklədim. Səhəri dostum zəng vurdu ki, məşhur olmusan, görüntüləri izləyənlərin sayına baxanda gözlərim yaşardı. Sonra müsahibələr verdim, məşhurlaşdım. Azərbaycan Milli Konservatoriyasından ödənişsiz təhsil təklifi aldım, amma yazılı imtahanlardan keçə bilmədim. Buna görə də, yenidən çobanlığa başladım, arzularım yarımçıq qaldı”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar