Xəbər lenti
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR
Yeni təhsil ilinin başlamasına sayılı günlər qalıb. Şagirdlər də, valideynlər də həmişəkindən daha təlaşlı, daha qayğılıdırlar. Çünki məktəbə hazırlaşmaq, dərs vəsaitləri almaq, geyimləri hazırlamaq və sair adamdan səbir və diqqət tələb edir.
Xüsusilə də məktəbə yeni qədəm qoyacaq birinci sinif şagirdlərinin hazırlığı daha mürəkkəbdir. Çünki onlar indiyə qədər alışıq olmadıqları sosial mühitə daxil olurlar. Təbii ki, bu mərhələdə bütün uşaqlar dəyişikliyə uğurla adaptasiya ola bilmir və müəyyən narahatlıqlar yaradır.
Məktəbdə oyuncaqlar yoxdur…
Həmsöhbətimiz, Bakı sakini Validə Zeynalova deyir ki, oğlu bu il birinci sinfə gedəcək: “Mən onu heç bir hazırlığa qoymamışam. Elə evdə olub. Saymağı, oxumağı, yazmağı özüm öyrətmişəm. Hətta xeyli şeirlər, nağıllar da bilir. Amma indi deyirik ki, məktəbə gedəcəksən, çox pis olur. Deyir, istəmirəm. Evimizdə qalmaq istəyirəm. Məktəbdə oyuncaqlar yoxdur…”
Başqa bir valideyn isə bildirdi ki, övladı ikinci sinfə gedir, amma hələ də məktəbə öyrəşə bilməyib: “Mən onu məktəbə getməzdən bir neçə ay öncə müəllim yanına hazırlığa da göndərmişdim. Müəllim də razılıq edirdi ki, dərslərini yaxşı qavrayır. Birinci sinfə gedəndə demək olar ki, hər gün onunla bərabər sinifdə oturmalı olurdum. Məni görməyəndə qışqırıb ağlayırdı. Müəllim tapşırıq verəndə evdə hazırlayırdı. Amma məktəbdə müəllim ondan həmin tapşırıqla bağlı soruşanda elə bil nitqi tutulurdu, heç nə deyə bilmirdi. Durub müəllimin üzünə baxırdı. İndi də deyəndə ki, məktəblərin açılmağına az qalıb, başlayır ağlamağa. Heç bilmirəm, bu uşaq niyə məktəbi sevmir?”
Valideynlərin də dediyindən məlum olur ki, bəzi azyaşlı uşaqlar psixoloji cəhətdən məktəbə getmək üçün tam hazır olmurlar. Bəs, problemi aradan qaldırmaq üçün valideynlər nə etməlidir?
Mövzu ilə bağlı Ailem.az-a danışan psixoloq Narınc Rüstəmova deyir ki, ümumiyyətlə, hazırda uşaqların məktəbə hazırlığı yalnız təlim baxımından götürülür: “Valideynlər elə bilir ki, uşaq yalnız hazırlığa getməlidir, dərs oxumalıdır. Yəni uşağın məktəbə hazırlığı bilik səviyyəsi ilə ölçülür. Amma bu belə deyil. Çünki sentyabr, oktyabr aylarında bizə məktəbə gedəndə ağlayan, uyğunlaşa bilməyən uşaqlarla bağlı xeyli müraciətlər olur. Burada uşağın psixoloji hazırlığı, sosiallaşması, sosial sferası da normal olmalıdır ki, uşaq məktəbə adaptasiya ola bilsin”.
Hansı uşaqlar məktəbə adaptasiya ola bilmir?
Müsahibimiz bildirir ki, çox savadlı uşaqların özləri də məktəb zamanı problemlərlə qarşılaşa bilir: “Belə situasiyalarda çox zaman valideynlər uşaqları bizim yanımıza hadisə baş verdikdən sonra gətirirlər. Amma uşaqları məktəbə hazırlamaq üçün 4 yaş yarımından, 5 yaşdan sonra, məktəbə hazırlıq qruplarına aparmaqla yanaşı, həm də psixoloq yanına da gətirilməlidir. Özgüvəni aşağı, stressə davamsız uşaqlar cəmiyyət içərisində adaptasiya ola bilmir. Məktəbdə hər ailədən gələn, müxtəlif psixologiyalı 20-25 uşaq var. Biz onlara deyə bilmərik ki, bu aqressivdir, münasibətlərində müəyyən narahatlıqlar var. Müəllim kimisə qabaqda oturda bilər, kimdənsə dərs tələb edə bilər. Amma özgüvənsiz uşaq bunlardan təsirlənir və artıq uşaq məktəbə getmək istəmir. Uşaqda süni qızdırmalar, qarında sancılar başlayır. Onlar məktəbə getmək istəmir, ağlayırlar. Məktəbə getdikdə tualetlərini saxlaya bilmirlər. Beləcə, uşaq stress yaşayır. Yaxşı olar ki, belə situasiyalarda psixoloq müdaxilə eləsin”.
Hara tələsirsiniz?!
“Bəzi valideynlər öz eqolarını təmin etmək üçün istəyirlər ki, uşaqları daha tez məktəbə getsin. Tez ali məktəbə qəbul olsun, daha tez əsgərliyə getsin və sair. Elə bil, harasa tələsirlər. Amma Avropada görürsən ki, kifayət qədər yaşı olan bir gənc hələ birinci, ikinci kursda oxuyur. Onlar uşaqları yetişəndən, məsuliyyətlərini dərk edəndən sonra həyata hazırlayırlar. Bu gün bizdə əksərən uşaq hazırlığa getmək istəmir. Elə başa düşür ki, bunu atası və anası üçün edir. Amma böyüdükcə həyat şəraiti elə gətirir ki, oxumağı, hansısa mövqe tutmağın vacibliyini öyrənir. Ona görə valideyn tələsməməli, bilməlidir ki, hər şey uşaqların yaşına uyğun olanda daha yaxsıdır” – deyə psixoloq vurğuladı.
Xoş xatirələr danışın
N.Rüstəmova deyir ki, 5 yaşlı uşaqların komissiya ilə məktəbə qəbulu zamanı bəzi valideynlər narazılıq edirlər: “Həmin komissiyada psixoloq da iştirak edir. Bəzən valideynlər aqressiv yanaşırlar ki, niyə mənim uşağımı məktəbə qəbul etmirsiniz? Hərfləri, saymağı yaxşı bilir. Əslində, bu, belə deyil. Valideyn bilməlidir ki, onun uşağı savadlı ola bilər, amma bu o demək deyil ki, uşağın psixoloji durumu da tam hazırdır. Oxumaq hələ hər şey demək deyil. Elə olur ki, uşaq bildiyini komissiyanın yanında danışmır. Onda sosiallaşma problemi olur. Fikirlərini ifadə edə bilmir. Analar uşaqlarının sosiallaşması üçün bağçaya qoymalı, uşaqlarla daha çox zaman keçirməsinə şərait yaratmalıdır. Yanaşı olaraq, onu məktəbə həvəsləndirməli, məktəblə bağlı xoş xatirələrini danışmalıdır. Onun sevdiyi maraqlı bəzəkli dəftərlər, çantalar alıb, həvəsləndirməlidir”.
Psixoloq deyir ki, çox zaman valideynlər məktəblə bağlı uşaqları qorxudurlar: “Uşaqlara deyirlər ki, məktəb gəlir, artıq tez yatmalısız, daha bu oyuncaqlar olmayacaq… Yəni uşağa bir məsuliyyət, bir ağırlıq yükləyirlər. Uşaq da fikirləşir ki, məktəb necə də dəhşətli bir yerdir. Mənim azadlığımı əlimdən aldı. Məktəb gəldi, mən oyuncaqlarımdan uzaq düşdüm və sair. Xeyr, əslində bu belə olmamalıdır. Uşağın öz əyləncə saatı olmalıdır. Və əsas da uşaq hər gün eyni saatda yatıb, durmalıdır. Məsələn, uşaq hansısa tətildədir deyə daha çox yuxusuz qala bilməz. Onun dəqiq yuxu saatı tənzimlənməlidir. Çünki yuxu uşaq sağlamlığında əhəmiyyətli yerlərdən birini tutur. Məlumdur ki, uşaqlarda yuxusuzluq nə qədər aqressivlik yaradır. Valideynlər yuxu saatına fikir verməlidir ki, sentyabr ayı gələndə uşağı qayğı almasın ki, mən tez yatıb tez duracam ki, məktəbə gedim…”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar