Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Test imtahanı ləğv edilir

Tarix: 23-08-2017 20:30     Baxış: 4648 A- / A+
Test imtahanı ləğv edilir

"Növbəti tədris ili üçün yeni növ qəbul və buraxılış imtahanları tətbiq olunacaq".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASANradio"ya müsahibəsində deyib.
O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə müvafiq modellər üzərində müzakirələr aparılır: "Bu da, yəqin ki, sentyabr ayında ictimaiyyətə təqdim olunacaq".
DİM sədri qeyd edib ki, ötən il və bu il bakalavr pilləsində imtahan verən abituriyentlərin nəticələri təxminən eynidir:
"Gələn il keçiriləcək qəbul imtahanları da builki model əsasında olacaq. Bu da axırıncı il olacaq ki, bu model əsasında qəbul imtahanları baş tutacaq. Onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Çünki kurikulum əsasında təhsil alan şagirdlər gələn 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İnanırıq ki, gələnilki məzunlar daha yaxşı nəticə göstərəcək. Həmçinin, əvvəlki illərin məzunlarının sayının artmasını gözləyirik".
M.Abbaszadə deyib ki, bu ilin qəbul imtahanında 500-dən çox nəticə göstərənlərin sayı 12,97 faiz olub: "Keçən il bu rəqəm 12,6 faiz olub. Yəni, 13 faiz artım qeydə alınıb. Keçən il 11030 nəfər 0-100 arası bal toplasa da, bu il 11999 nəfər belə nəticə göstərib".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar