Xəbər lenti
Tanınmış teleaparıcı: “Qarabağ” qalib gəlsə, ərə gedəcəyəm - FOTOLAR

Tanınmış teleaparıcı Mələk Heydərova “Qarabağ” futbol klubuna dəstək məqsədilə fotosessiya etdirib.
Fotoqraf Nurlan Gülməmmədovun obyektivi qarşısına keçən teleaparıcı deyib ki, komandımız qalib gələrsə, ərə gedəcək.
“Bu gün “Qarabağ” “Kopenhagen”lə tarixi oyuna çıxır. Mən də sevimli klubumuza dəstək məqsədilə fotosessiya etdirmək qərarına gəldim. Əminəm ki, futbolçularımız bu gün uğurlu çıxış edəcək. Ancaq onu deyə bilərəm ki, “Qarabağ” qalib gəlsə də, gəlməsə də, bizim üçün qalibdir. Bu klub tarix yazmağı bacarıb”.
Mələk Heydərova həmçinin sosial şəbəkələrdə günün trendi olan “Qarabağ qalib gəlsə, nə edəcəksiniz?” sualına da cavab verib: “Bu gün sosial şəbəkələrdə hərə bir fikir yazır. Mən də düşündüm ki, nə edə bilərəm. Ağlıma ilk gələn ilk fikir bu oldu: “Qarabağ” bu gün qalib gəlsə, ərə gedəcəyəm (gülür)”.
Teleaparıcı həmçinin deyib ki, yaxın zamanlarda yeni serialda rol alacaq, eyni zamanda, televiziya verilişi ilə tamaşaçıların görüşünə gələcək.
Mələk Heydərovanın “Qarabağ”a dəstək fotosessiyasını təqdim edirik. (azxeber.com)
Manevr.az






Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar