Sizin Reklam Burada
Xəbər lenti
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edildi - 14 min

Tarix: 23-08-2017 11:35     Baxış: 4258 A- / A+
Dünya çempionunu öldürən azərbaycanlının saxlanılması üçün mükafat təyin edildi


Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk vilayəti üzrə idarəsi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürən azərbaycanlının yeri barədə məlumatın müqabilində 500 min rubl (14 min manatdan artıq) pul mükafatı təyin edib.

Manevr.az-ın apa-ya istinadən xəbərinə görə, bu barədə idarənin saytında məlumat verilib. Məlumatda bildirilir ki, qəsdən adam öldürmə maddəsi ilə 1991-ci il təvəllüdlü Anar Allahverənov axtarışdadır. Mükafat federal axtarışa verilmiş bu şəxsin saxlanılmasına kömək edəcək informasiyaya görə veriləcək. Güc strukturu məlumat verən şəxsin kimliyinin gizli saxlanılacağına zəmanət verir.

Qeyd edək ki, avqustun 20-də azərbaycanlı döyüş ustası Anar Allahverənov ona “çuşka” dediyi üçün pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu döyərək öldürüb. Ölüm anı müşahidə kameralarında qeydə alınıb.

Dünən Sportfm.az saytının yaydığı məlumatda isə, Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı Anar Allahverənovun təslim olması barədə məlumat olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar