Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qurban bayramında ət neçəyə satılacaq? - NAZİRLİK AÇIQLADI

Tarix: 22-08-2017 15:32     Baxış: 4288 A- / A+
Qurban bayramında ət neçəyə satılacaq?

Sentyabrın 1-2-i bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycan da müqəddəs Qurban bayramı qeyd ediləcək. Hər il Qurban bayramı ərəfəsində ətin və heyavanın qiymətində bahalaşma müşahidə olunur. Bəzi işbazlar qiymət artımını rayondan mal-qaranı baha almaqları ilə əlaqələndirirlər.

Bəs bu il necə, bayramla əlaqədar ətin qiymətində artım müşahidə oluna bilərmi?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a açıqlamasında deyib ki, Qurban bayramında ətin qiymətində bahalaşması müşahidə olunmayacaq.

“Qurban bayramında ətin qiyməti stabil qalacaq. Ətin qiymətində artımın alıcılıq qabiliyyətinə ciddi təsir edəcəyini nəzərə alaraq, bahalaşmanın qarşısını almaq üçün nəzarət tədbirləri görüləcək.

Ətin 1 kiloqramının qiyməti bazar və paytaxtın digər nöqtələrində 11-12 manat arasında dəyişəcək. Hazırda mal əti 11, qoyun əti isə 12 manata satılır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti Qurban bayramında da gücləndirilmiş iş rejimində vətəndaşlara xidmət göstərəcək. Ət kəsim məntəqələrində ətin keyfiyyətinə, qiymətinə nəzarət ediləcək. Təsərrüfat sahibləri, habelə qəssabların iş şəraiti yoxlanılacaq. Ümumiyyətlə, yarmarkaların qiymətlərə təsiri gözlənilmir”.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bildirib ki, hər il olduğu kimi, bu il də təmsil etdiyi qurum bütün ölkə üzrə gücləndirilmiş iş rejimində çalışacaq.

“Dövlət Baytarlıq Nəzarəti Xidməti bayram günlərində yarmarkaya gətirilən heyvanların baytarlıq sənədinin yoxlanılması, onların müayinəsi, icazə verilmiş yerdə kəsiminin təmin edilməsi və heyvanların sağlamlığına tam nəzarəti həyata keçirəcək”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı kimi qeyd olunacaq. Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq. Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar