Xəbər lenti
Xəzərdəki qəzada ölən neftçilərdən daha birinin meyiti tapıldı
SOCAR-ın "Azneft" İstehsalat Birliyinin N. Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı neft yığım məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uçması nəticəsində dənizdə itkin düşən daha bir neftçinin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, operator işləyən, Qaradağ rayonu, Ələt qəsəbəsi sakini Əsədov Samir Atabala oğlunun meyiti avqustun 18 – i saat 18:10 – da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilib.
«Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 4 yanvar 1979 – cu il təvəllüdlü Samir Əsədovun meyiti ailəsinə təhvil verilib. Bu gün Ələtdə dəfn ediləcək.
Qeyd edək ki, S.Əsədov 3 uşaq atasıdır. Bir övladı 6-cı, biri isə 4-cü sinifdə oxuyur. Digəri məktəbə getmir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar