Xəbər lenti
Hacı Şahin: "Hicabla dənizə girmək düzgün deyil"
Azərbaycana bir çox yerlərdən, o cümlədən, ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Xüsusən yay aylarında ölkəmizə səfər edən turistlər çimərliklərə və hovuzu olan məkanlara üz tuturlar. Xanımların hicabla dənizdə çimməyi əksər hallarda ironiya ilə qarşılaşır. Dəfələrlə sosial şəbəkələrdə hicabla dənizə girən xanımların görüntüləri paylaşılaraq tənqidi fikirlər səsləndirilib.
Hicabla dənizdə çimmək nə dərəcə düzgündür?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli AzVision.az-a bildirib ki, bir çox müsəlman ölkələrində, o cümlədən, Türkiyədə hicablı qadınlar üçün ayrıca çimərliklər var:
“Türkiyədə müəyyən istirahət mərkəzlərində qadınlar və kişilər üçün ayrı çimərliklər fəaliyyət göstərir.
Orada hicablı qadınlar adi çimərlik geyiminində dənizdə və ya qapalı hovuzda çimə bilirlər. Örtünmənin qayda-qanunları, şərtləri var. Düzdür, dində bununla bağlı qadağa yoxdur, amma hicabla ümumi çimərlikdə çimmək qeyri-adi görünür deyə onun tərəfdarı deyiləm”.
Haci Şahin Həsənli deyib ki, ölkəmizdə hicablı qadınlar üçün ayrı çimərliklər yaradılmalıdır:
“Hicabla dənizdə çimməyi düzgün hesab etmirəm. Şübhəsiz ki, turizm inkişaf etdikcə, bu məsələlərdə təkmilləşmə aparılacaq. Lazım gələrsə, təlabat olarsa, belə çirməliklər gələcəkdə yaradıla bilər. İndiki halda hicablı qadınların ümumi çimərlikdə çimməyini məqbul saymıram”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar