Xəbər lenti
Yeniyetmələr maşın qaçırdı

Xaçmaz rayonunda avtomobil qaçıran 2 yeniyetmə saxlanılıb.
Manevr.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 17-də rayonun Qaradağlı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini Xanbala Zaidova məxsus "VAZ-21010" markalı avtyomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən dərhal Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verib.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Şabran rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar