Xəbər lenti
Azərbaycanlılar etiraz aksiyası keçirdi

Onlar hazırkı icra başçısının namizədliyinin irəli sürülməsini tələb ediblər.
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunda etiraz aksiyası keçirilib. Manevr.az apa agentliyinə istinadən xəbər verir ki, etirazçılar hakim “Gürcü arzusu” partiyasından yerli idarəetmə orqanlarına seçkilərdə rayonun hazırkı icra başçısı Qoça Camaraulinin namizədliyinin irəli sürülməsini tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, yerli mətbuat hakim partiyanın Qardabani rayonunun icra başçısı vəzifəsinə başqa namizədi irəli sürəcəyi barədə məlumat yayıb. Onların sözlərinə görə, hazırkı icra başçısının rəhbərliyi altında Qardabani rayonunda və kəndlərdə bir sıra abadlıq işləri həyata keçirilib.
Etirazçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyaları davam etdirəcəklərini bildiriblər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































