Xəbər lenti
Nail Allahverdiyevin vəkili işdən uzaqlaşdırıldı

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib.
Manevr.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından apa-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən kənarlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək.
M. Mustafayev APA-ya açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.
Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar