Xəbər lenti
“Gündə 32 nəfər öldürsək, əladır” – Prezident
Filippində prezident Rodriqo Dutertenin hakimiyyətə gələndən sonra narkotacirlərə qarşı başlatdığı divantutma kampaniyası davam edir.
Avqustun 15-i bu kampaniyanın ən qanlı günü olub. Həmin gün polis reydi zamanı narkotik alveri ilə məşğul olduğu təxmin edilən 32 nəfər güllələnib. Ötən sutka isə “məhsuldarlıq” bir qədər aşağı düşüb-cəmi 25 cəsəd.
Prezident Duterte Filippində korrupsiyaya və cinayətkarlığa qarşı könüllü mübarizə hərəkatının ildönümü ilə bağlı ötən gün prezident sarayında keçirdiyi qəbulda narkotacirlərə qarşı mübarizədə avqustun 15-də əldə edilmiş yüksək nəticəni tərifləyib. Prezident deyib ki, Bulakan bölgəsində keçirilmiş kütləvi polis reydi nəticəsində 32 narkotacirin öldürülməsi çox əla nəticədir.
“Bu, əladır. Əgər biz hər gün 32 cinayətkarı öldürsək ölkəni narahat edən problemi həll edə bilərik”-Duterte deyib.
Xəbərlərə görə həmin reyddə ehtimal edilən narkotacirlərin 11 nəfərini “drujinaçılar”, qalanlarını polis güllələyib. Dutertenin başlatdığı kampaniyada indiyədək 7-8 mindən nəfərdən çox “narkotacir” güllələnib. Lakin onların heç də hamısının narkotiklərlə bağlı olduğunu demək mümkün deyil, çünki öldürülənlərin günahını sübut etməyə heç kim cəhd göstərmir. Polislər bir qayda olaraq şəxsi güllələyir, daha sonra onun cəsədinin yanına nakotik qoyur və şəklini çəkərək hadisəni “narkotacirin polisə müqaviməti zamanı zərərsizləşdirilməsi” kimi protokollaşdırırlar.azərbaycan24
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar