Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Tarix: 17-08-2017 06:36     Baxış: 4264 A- / A+
Astroloji proqnoz


Qoç - gözləntilərinizin sayını və səviyyəsini bir qədər azaldın. Diqqətə layiq olan işə başlayaraq çalışın.

İnformasiyanın təhlili, təcrübənin artırılması, qısa səfərlər üçün əlverişli gündür. Cari məsələlərin həllinə yönəlmiş görüş keçirmək, sənəd və müqavilələrin hazırlanması ilə məşğul olmaq mümkündür.
Günün ikinci yarısında emosional fon stabil deyil. İşlə bağlı ünsiyyət artarsa, diqqəti əsas məsələlərə yönəldin, yaşananlara və insanlara subyektiv qiymət verməyin.
Axşam saatlarında söhbət zamanı həssas məqamlara toxunmayın.
Yaşam arealını qaydaya salın.
Buğa - cari situasiyada doğru istiqaməti müəyyənləşdirin. Perspektiv məsələləri seçin, fəaliyyətinizi müxtəlifləşdirin.

Hər şansdan yararlanın. Çətin məsələləri həll edin, çoxdan bəri narazılığınıza səbəb olan yarımçıq işi başa vurun.

İşdə kimə bel bağlaya biləcəyinizi müəyyənləşdirin.
Alış-veriş üçün əlverişli zamandır. Yaşam arealını yaxşılaşdırın.

Ailə müzakirəsi keçirərək yaxın gələcəklə bağlı planları müzakirə etmək olar. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil.
Axşam saatlarında aktiv istirahətə üstünlük verin.
Əkizlər - yorulubsunuzsa və yetərincə istirahət etmirsinizsə, maraqlandığınız, bəyəndiyiniz işlə məşğul olun.

Belədə işlərinizin effektivliyi arta bilər. Lakin yeni planları gerçəkləşdirmək istəyirsinizsə, tələbatla qarşılaşacağınızı bilin. Sizə yeni tapşırıq və sifarişlər vermək istəyənlər az deyil. Bəzən özünüzə və ətrafınızdakı insanlara "yox" deməyi bacarın.

İşlər, onsuz da, çoxdursa, əlavə sifarişlərlə işlərdən imtina edin.
Günün ikinci yarısında impulsların təsiri altında çalışmayın, bəzi prosesləri dəqiq müəyyənləşdirin.
Cari hadisələrin leytmotivini bəlirləyin.
Axşam saatlarında işləri gərəkli istiqamətə yönəldin.
Xərçəng - eyni vaxtda bir neçə iş görməyə hazırlaşın. Poçt "yeşik"ləri, kabinetlər və telefon zənglərinin arasında vaxtınızı bölüşdürmək istəyirsinizsə, alınmayacaq. Hər işə gərəkli vaxtı ayırın. Əks təqdirdə, gərginlik və yorğunluq yaranacaq.
Usana bilərsiniz.
Əsəblərin tarıma çəkilməsi nə qədər paradoksal olsa da, həlli uzanan problemin optimal çözümünə təkan verə bilər.
Səfər, səyahət, romantik təmaslar, ümumi iş və ya maraq durğunluq vəziyyətindəki hisslərin bərpası ilə sonuclanacaq.
Şəxsi münasibətlər səviyyəsində nəyisə və ya kimisə dəyişmək istəyirsinizsə, alternativ aramağa tələsməyin.
Fikrinizi sonradan dəyişə bilərsiniz.
Şir - vurnuxma, problem və çətinliklərin az olmayacağı gündür. Yerinizdə olun, çağırışlara tez cavab verin. Reaksiyanız süst olmasın. Ehtiyac yaranarsa, sürətli qərar verin. Heç nəyi mürəkkəbləşdirməyin.
Günün ikinci yarısında yerdəyişmələrin sayı artacaq. Səylərinizin nəticələri yetərli deyil. Dövlət qurumlarının nümayəndələri ilə ünsiyyətdə hüquqlarınızı müdafiə edin. Amma bilin ki, bürokratik süründürmə və ya rüşvət tələbi ilə qarşılana bilərsiniz.
Axşam saatlarında sakit, passiv istirahəti seçin. Xəbərlərin çoxluğundan başağrısı yarana bilər. Ancaq yeni təəssüratlara ehtiyac hissiniz var.
Qız - təəssürat və xəbərlərin sürətlə dəyişməsinə rəğmən gün sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlər var. Sadəcə, onları görərək dəyərləndirməyə çalışın. Ailədə mühüm müzakirə başlaya bilər.
Yeni imkanlar və planların sayının artması ənənəvi situasiyanı dəyişir, hadisələrin rutin axarını başqa məcraya yönəldir.
Etibar etdiyiniz, yaxınlarınıza müraciət edərək yardım istəyin. Ev işləri nəzərdə tutduğunuzdan da çox vaxt ala bilər.
"Axın"la hərəkət edərək gözləmə mövqeyi tutmaq istəyirsinizsə, yanlışlıqlardan qorunun.
Hədiyyə, gəlir, diqqət nişanələri, maraqlı xəbərlər istisna deyil.
Axşam saatlarında passiv olmayın. İmkan yaranan kimi işlə bağlı problemi həll edin.
Tərəzi - mütəhərrik, aktiv, ünsiyyətə meylli olun. Zərurət yaranarsa, alınan informasiyanı təhlil edin, rabitələrlə əlaqələri bərpa edin, məktublara cavab verin.
Günün ilk yarısında formalaşan planlar gözlənilən nəticəni verəcək.
Günün ikinci yarısında sərfəli maliyyə perspektivləri formalaşacaq. Fəqət, sizə həvalə etmək istədikləri işin həcmi artır.
Dərhal prioritetlərlə məqsədləri müəyyənləşdirin ki, sonradan naçar qalıb yarımçıq işləri tələsik başa vurmağa çalışmayasanız.

Ən sərfəli istiqaməti seçin və irəliləməyə başlayın.
Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olsanız, yaşanan hadisələrə qərarlarınız və hərəkətlərinizlə təsir edə bilərsiniz.
Əqrəb - enerjili, qətiyyətli, əzmli olsun. Niyyətlərlə maraqlar sizi fərqli istiqamətlərə apardığından fikirlərdə qarışıqlıq yarana bilər. Gərginlik artır, başladığınız işi normal şəkildə başa vura bilmirsiniz.
Eyni vaxtda bir neçə işə başlasanız, yaşamınızda çətinliklər yarana bilər.
Tələsməyin, kəmhövsələlik etməyin. Prioritetləri dəqiq müəyyənləşdirsəniz, daha çox iş görərək məqsədə daha tez çata bilərsiniz.
Boş söhbətlərə qatılmayın, yaxşı işləmək fikrində olmayan insanlara qatılmayın.

Mənasız hisslər, əsassız gözləntilərlə vidalaşın. Evdəki gərəksiz əşyalardan qurtulun.
Oxatan - tərəfdaşlıq münasibətlərində yeniliklərin təşəbbüskarı olun. Qarşı tərəfi də daha aktiv davranmağa vadar edin. Yeni layihələr olacaq, amma onlar müzakirə və imkanların nəzərdən keçirilməsi mərhələsindədir.
İnternetdə informasiya axtarışı, yazışma üçün yaxşı zamandır. Səyahət, ezamiyyət, səfər zərurəti yarana bilər.
Enerjiniz çoxdur, aktivsiniz.
Mümkün qədər çox iş görməyə çalışın.
Günün ikinci yarısında bir qədər istirahət edin.
Maliyyə vəsaitinizi normal gəlir vəd edən layihəyə və ya işə yatırın.

Uzun müddətdən bəri təhlil etdiyiniz planı reallaşdırmağa başlayın.
Oğlaq - günün ilk yarısı yetərincə effektiv deyil. Konkret nəticələr gözlədiyiniz layihə və ya işi planlaşdırmayın. Ünsiyyət və məlumatların alınmasında məhdudiyyətlərin sayını artırmayın.
Təmaslarla əlaqələr perspektivlidir. Fəqət, vaxtınızı mənasız diskussiyalara və boş söhbətlərə sərf etməyin.
Günün ikinci yarısında planlaşdırılmış ev işlərini görün, yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin.

Sevdiyiniz insan qətiyyətli və inadkarlı olarsa, həssas davranın, sərt olmayın.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Dolça - gərginlik azalır. Bir qədər "nəfəs almaq", əldə olunmuş mövqelərdə möhkəmlənmək, cari işləri tələsmədən görmək olar.

Qarşınızda duran məqsədləri dəyərləndirin, aldığınız təklifləri təhlil edin, planları yenidən nəzərdən keçirin. İlk növbədə, görüləcək işlərlə təxirə salına biləcək məsələləri seçin.
Şəxsi münasibətlərdə məqsədlərlə niyyət uyğun gələrsə, irəliləyiş olacaq.

Söhbətlər, müzakirələr və ünsiyyət faydalı ola bilər.
Spontan aktivlik müsbət sonuc verəcək.
Axşam saatları təmir və aktiv istirahət üçün əlverişlidir.
Balıqlar - mühüm qərarların qəbulunu şərtləndirməyən kiçik işlərə və qayğılara xüsusi diqqət yetirin.
Sizə təzyiq göstərilməsinə imkan verməyin. Başqasının əməllərinə görə məsuliyyət daşımayın, sənədləşdirmədə qaydaya riayət edin.

Müstəqil, təkbaşına işləmək daha yaxşıdır. Söhbətlər vaxtınızı alır. Tərəfdaşlar vədlərinizi xatırladacaqlar. Aldığınızla verdikləriniz arasındakı müvazinətin qorunmasına çalışın.
İşləri maddi maraqlarınızı nəzərə alaraq görün.
Axşam saatlarında şəxsi işlərinizə vaxt ayırın. Ailə üzvləri və yaxınlarınızla məsləhətləşmək üçün yaxşı zamandır.
Yeni birgə planlar yarana bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar