Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda nadir tapıntılar oğurlanıb

Tarix: 16-08-2017 19:38     Baxış: 4365 A- / A+
Azərbaycanda nadir tapıntılar oğurlanıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Lerikdə aparılan qazıntılar zamanı aşkar olunmuş nadir tapıntılar oğurlanıb.

Nadir tapıntılar rayonun Gürdəsər kəndinin Piboz təpə adlanan ərazisində aparılmış qazıntılar zamanı aşkar edilmişdi. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür, yerli sakinlərin evlərində axtarış aparılır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova apa-ya faktı təsdiqləyib. O bildirib ki, məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət olunub.

Qeyd edək ki, bir müddət əvvəl Lerik rayonunda Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrə aid edilən məzarlıq aşkarlanıb. Piboz təpə adlanan ərazidə tapılan məzarlığın 2500 il bundan əvvələ aid olduğu müəyyən edilib. Ekspedisiyanın rəhbəri Ceyhun Eminli mətbuata bildirib ki, ərazidə 120-dən çox qəbir tapılıb. Qəbirlərdə qılınclar, nizələr, bıçaqlar, xəncərlər, gümüş və tuncdan hazırlanmış bəzək əşyaları və maraqlı bədii tərtibatı olan saxsı qablar da aşkar edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar