Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Solaxaylar günüdür - Onların arasında məşhurlar da var

Tarix: 13-08-2017 12:38     Baxış: 4381 A- / A+
Bu gün Solaxaylar günüdür

1992-ci ildə Britaniya Solaxaylar Klubu hər il avqustun 13-də Ümumdünya Solaxaylar Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış edib.

Manevr.az azvision.az-a istinadən hazırda dünya əhalisinin 800-900 milyon nəfəri solaxaydır.
Adətən gündəlik həyatda sol əldən istifadə edənləri solaxay adlandırırlar. Əslində isə solaxaylıq və soləllilik anlayışları eyni deyil. Solaxaylıq daha geniş şəkildə özünü bütün cüt orqanlarda göstərir. Solaxay həm də sol solayaqlı, solqulaqlı və solgözlü olur, lakin bunu 5 yaşdan sonra müəyyən etmək mümkündür.

Uşağın solaxay olduğu müəyyən ediləndən sonra onda maraqlı keyfiyyətlər üzə çıxa bilər. Onların geniş fantaziya, hissiyyat, musiqi duyumu və yaxşı yaddaşı olur. Bundan başqa, solaxaylar istənilən məkanda asanlıqla istiqamətlənir, orijinal və obrazlı düşüncələri ilə fərqlənirlər.

Solaxaylıq qüsur yox, beyin quruluşundan asılı olaraq irsən keçən psixi hərəkətdir. Sağ əl beynin sol yarımkürəsi, sol əl isə sağ yarımkürəsi ilə idarə olunur. Alimlərin fikrincə, beynin sağ yarımkürəsi informasiyanı daha tez mənimsəyir və buna görə solaxaylar informasiyanı tez və düzgün qəbul edir, xüsusi istedada malik olurlar. Psixoloqların hesablamalarına görə, solaxaylar arasında istedadlılar 20 faiz, sağvərdişlilərdə 5 faizdir.

Alimlərin fikrincə, solaxayların say çoxluğu cəmiyyətin intellektual səviyyəsini yüksəldir.

Solaxaylar əsasən yaradıcı istedadlarına görə fərqlənirlər. Rəssamlar, aktyorlar və siyasi xadimlər arasında onlar xüsusilə çoxluq təşkil edirlər.

Məşhurlar arasında olan solaxaylara Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Janna d’Ark, Napoelon Bonapart, Uinston Çorçill, Albert Eynşteyn, Bryus Uillis, fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Bill Qeyts, Melin Monro, Pol Makartni, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, Sergey Raxmaninov və başqalarını misal göstərmək olar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar