Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

İcra başçısı səhhətinin pisləşməsindən danışdı : "Daşkəsəndən Almaniyaya təyyarə reysi var? "

Tarix: 12-08-2017 12:48     Baxış: 4335 A- / A+
İcra başçısı səhhətinin pisləşməsindən danışdı

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin sabiq deputatı Əhəd Abıyev təcili müalicə üçün Almaniyaya aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Ə.Abıyev "Ölkə.Az”-a açıqlamasında yayılan xəbərlərin doğru olmadığını deyib:

"Yazırlar ki, guya səhhətim qəfil pisləşib və Almaniyaya aparılmışam. Bütün bunlar cəfəngiyyatdır. Hazırda da işimin başındayam. Ötən gün isə iclas keçirmişəm. Mən necə Almaniyaya getmişəm ki, Daşkəsəndə işimin başındayam? Məgər Daşkəsəndən Almaniyaya təyyarə reysi var? Bütün bunlar uydurma xəbərlərdir”.

İcra başçısı haqqında yazılan yalan xəbərlərlə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyevə də müraciət etdiyini söyləyib:

"Bu cür yazıları yazan adamlarla bağlı hörmətli Mədət müəllimə də müraciət etmişəm. Onunla danışmışam, məsələ araşdırılacaq. O zaman bəlli olacaq ki, haqqımda yalan xəbərlər yazan adamlar kimlərdir, haradan qaynaqlanır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar