Xəbər lenti
Bakıda meyitlərin saxlanıldığı muzeydən – REPORTAJ
Manevr.az bildirir ki, report sahibsiz meyitlərin eksponat və təcrübə vəsaiti kimi istifadə olunduğu Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının 24 minə qədər eksponatın olduğu muzeylərindən reportaj hazırlayıb.
Hazırda kafedrada dörd muzey (Eybəcərliklər, Dayaq hərəkət aparatı, Daxili orqanlar, Sinir sistemləri muzeyləri) var.
Muzeydə hər birinin mindən çox yaşı olan mumiyalar saxlanılır.
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri, əməkdar həkim Vaqif Şadlinski bildirib ki, meyitlərin üzərində iş bitdikdən sonra sobada yandırılır. Ümumiyyətlə, ölkə ərazisində meyitlərin yandırıldığı soba məhz bu binadadır. Yeri gəlmişkən, bir insanın külünün çəkisi 800-1000 qr arasında olur.
Əməkdar həkim kafedraya gətirilən meyitlərin iylərinin olmadığını da söylədi: "Buna səbəb meyitlərin yeni olmamasıdır. Meyitlərin çürüməmələri üçün damarlar formalinlə doldurulur. Meyitlərin növbəti semestrə qalması üçün çox dağılmamasına çalışırıq. Meyitin hissələri xüsusi məhlullarla illərlə saxlanıla bilir. Morqda sahibsiz meyitləri yaranda onların içalatı, beyinləri götürülərək muzeydə preparat kimi istifadə edilir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar