Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qəbul nəticələri 3 gün ərzində elan olunacaq

Tarix: 11-08-2017 09:56     Baxış: 4320 A- / A+
Qəbul nəticələri 3 gün ərzində elan olunacaq

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün səhər 9.00-da başa çatıb. Nəticələr yaxın 3 gün ərzində elan olunacaq. Daha sonra boş qalan yerlərə əlavə qəbul aparılacaq.

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə I –IV qruplar üzrə müsabiqəyə buraxılmış abituriyentlərin ixtisas seçimi iyulun 29-da başlayıb, avqustun 11-də saat 9.00-da yekunlaşıb.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrində ixtisas seçimini yekunlaşdırıblar.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi əvvəlcədən elan etmişdi ki, ixtisas seçimi avqustun 10-da gecə saat 23:59-da başa çatacaq. Amma müddət bu gün səhər saat 9.00-dək uzadılıb.

Xatırladaq ki, I qrupda 13805 qəbul yeri üçün 12086 nəfər abituriyent müsabiqəyə buraxılıb.

II qrupda 12924 yer uğrunda 10439 nəfər abituriyent mübarizə aparır.

III qrupda 9769 yer var, müsabiqəyə 10181 nəfər abituriyent buraxılıb.azərbaycan24

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar