Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ağsuda kəndliləri parçalayan canavar quduz çıxdı

Tarix: 10-08-2017 15:36     Baxış: 4319 A- / A+
Ağsuda kəndliləri parçalayan canavar quduz çıxdı
Avqustun 6-da Ağsunun Padar kəndində canavarların kənd sakinləri Fikrət Şeydayevə və Həsrət Qurbanova hücum edərək ciddi xəsarət yetirməsi ilə bağlı məlumat vermişdik.
Xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilərək quduzluğa qarşı vaksin vurulmuşdu.
Artıq kəndə hücum edərək sakinlərə xəsarət yetirən canavarla bağlı laboratoriya analizlərinin nəticələri məlum olub. Xəzər TV-nin məlumatına görə, 2 nəfəri yaralayan canavarın quduz olduğu müəyyənləşib.

Ağsu baytarlıq idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Canavarın başı kəsilərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Müayinələrin nəticələrinə əsasən sakinlərə hücum edən canavarın quduz olduğu məlum olub.

Canavar hücumu nəticəsində ağır bədən xəsartələri alan Həsərt Qurbanov Ağsu Rayon Mərkəzi Xəstxanasında nəzarətdə saxlanılır. Xəstənin vəziyyəti qənaətbəxşdir.

Sakinlərin sözlərinə görə, həmin hadisədən sonra da canavarlar kəndə hücum ediblər. Sakinlər deyirlər ki, yırıtıcılar günün istənilən saatında kəndə soxularaq heyvanlara və insanlara hücum edir. Həmin yırtıcıların da quduz olmasından narahatdırlar.

Xatırladaq ki, 70 yaşlı Həsrət Qurbanovu yırtıcının caynağından oğlu Əli Qurbanov xilas edib. O, təsadüfən həyətə girən zaman atasının canavarla əlbəyaxa olduğunu, üzünün parçalandığını görüb. Canavarı balta ilə vuraraq atasını xilas edib.

Xəstəxanaya yerləşdirilən yaralının üzərində 6 saata yaxın cərrahiyyə əməliyyatı aparılıb.virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar