Xəbər lenti
Qəbələdəki intiharla bağlı Prokurorluq məlumat yaydı : "Borcu olmayıb"
Prokurorluq Qəbələdə baş verən intiharla bağlı məlumat yayıb.
Prokurorluqdan unikal.org-a verilən məlumata görə, avqustun 8-də Qəbələ rayonunun Əmirvan kənd sakini, 1995-ci il təvəllüdlü Mahmudov Rəvan Mahir oğlunun "Xanlar” istirahət mərkəzinin ərazisində ağacdan özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı boyun nahiyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
İntiharın səbəblərinin araşdırılması məqsədilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, sağlığında R.Mahmudovla amansız rəftar edən, mütəmadi olaraq ləyaqətini alçaltmaqla hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdıran şəxs yoxdur, eləcə də mərhumun hər hansı şəxsə borcu olmayıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, mərhumun qohumları R. Mahmudovun qətlə yetirildiyini iddia ediblər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar