Xəbər lenti
Tarixdə bu gün nələr baş verib - 10 avqust

10 avqust 1895-ci ildə görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanski anadan olub.
1939-cu ilin bu günü şair, “Qızıl Qələm” mükafatı laureatı Zəki İslam oğlu Yusifov anadan оlub.
10 avqust 1990-cı ildə erməni hərbi-təxribatçı dəstələri Azərbaycana qarşı növbəti qanlı terror aksiyalarını həyata keçiriblər. Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər yaralanıb. Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında «LAZ» markalı avtobus partladılıb: 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.
1995-ci ilin bu günü Azərbaycan Respublikası ilə Kanada arasında diplomatik münasibətlər qurulub.
10 avqust 843-cü ildə Verden müqaviləsinə görə Böyük Karlın imperiyası onun 3 oğlu arasında bölünüb.
10 avqust 1519-cu ildə Fernand Magellan ilk dünya səyahəti ilə nəticələnən dəniz səfərinə başlayıb.
1793-cü ilin bu günündə Parisdə Luvr muzeyi rəsmi olaraq açılıb.
10 avqust 1876-cı ildə Ontarioda (Kanada) aralarındakı məsafə 13 km olan iki şəhər arasında ilk şəhərlərarası telefon zəngi edilib.
1913-cü ilin bu günü Buxarest sülh müqaviləsinin imzalanması ilə İkinci Balkan müharibəsi başa çatıb.
10 avqust 1944-cü ildə İkinci Dünya müharibəsi zamanı Amerika ordusu Quamdakı son yapon qüvvələrini məğlub edib.
10 avqust 2003-cü ildə Yuri Malençenko kosmosda evlənən ilk insan olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar