Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda azyaşlı qıza təcavüz edən şəxs həbs olunub

Tarix: 10-08-2017 11:01     Baxış: 4534 A- / A+
Bakıda azyaşlı qıza təcavüz edən şəxs həbs olunub

Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktı ilə əlaqədar avqustun 8-də Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində A.Murad şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar