Xəbər lenti
Dilqəm Əsgərovun oğlu : “6 aydır xəbər almırıq”
Altı aydır atamla əlaqə yarada bilmirik. Bu barədə modern.az-a erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.
K.Əsgərov atasının səhhətindən narahat olduğunu bildirib:
“Hər dəfə atamdan məktub gələndə təsəlli tapırdıq. Əfsuslar olsun ki, altı aydır ondan səs-soraq yoxdur. Artıq 4 ildir ki, atam erməni girovluğundadır”.
O, atasının azad olunacağı günü səbirsizliklə gözlədiyini deyib:
“Avropa Məhkəməsinə ümid bağlamıram. Onların işə ədalətli baxacağına inanmıram. Nədənsə ATƏT və digər beynəlxalq təşkilatlar nəinki Qarabağa probleminə, eləcə də girovların azad olunması prosesində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Ümid ancaq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevədir. Mən inanıram ki, onun həyata keçirəcəyi tədbirlər nəticəsində girovlarımız azadlığa qovuşacaq”.
Xatırladaq ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar