Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda doğum zamanı ana və uşağın ölüm SƏBƏBİ BİLİNDİ - DƏHŞƏTDİR (YENİLƏNDİ)

Tarix: 09-08-2017 14:46     Baxış: 4301 A- / A+
Bakıda doğum zamanı ana və uşağın ölüm SƏBƏBİ BİLİNDİ

Bakıda baş vermiş ana və uşaq ölümünün ilkin səbəbləri məlum olub.
Apa-nın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülovanın uşağı onun bətnində bir həftə əvvəl ölüb.
Z.Əligülovanın hamiləlikdən gec xəbər tutduğu, bundan sonra uşağı düşürmək və hamiləliyi dayandırmaq üçün hansısa kimyəvi maddə qəbul etdiyi ehtimal edilir. Ana kimyəvi maddə qəbul etdikdən sonra uşaq ana bətnində ölüb. Bundan xəbərsiz olan ana bir həftə ərzində ölü dölü bətnində daşıyıb. Bir həftə sonra Z. Əligülova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Belə ki, ananın qəbul etdiyi zəhərli maddələr onun bədəninə sovrulub. Ölümə də bu səbəb olub.
Ana öldükdən sonra döl çürümüş vəziyyətdə onun bətnindən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır. Ana və uşaq ölümünün dəqiq səbəbi isə məhkəmə - kimyəvi ekspertizasının rəyindən sonra bilinəcək.
***
Səhiyyə Nazirliyi 3 saylı şəhər Klinik Xəstəxanasında baş verən ana və uşaq ölümünə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsilə birgə doğuş zamanı dünyasını dəyişməyib: “Ölümü necə baş verməsi və səbəbləri barədə Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılandan sonra bəlli olacaq”.
Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova Publika.az-a açıqlamasında hadisənin gecə baş verdiyini və hələ ki ölümlə bağlı məlumatların Komissiyaya təqdim edilmədiyini dedi.
***
Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb.
Manevr.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar