Sizin Reklam Burada
Xəbər lenti
06-09-2025
05-09-2025
BÜTÜN XƏBƏRLƏR

Xilaskar həkim mükafatlandırıldı - Azərbaycanda

Tarix: 07-09-2016 17:45     Baxış: 5554 A- / A+
Xilaskar həkim mükafatlandırıldı

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində bir ailənin 4 ildən sonra doğulmuş yeganə övladı olan 4 yaşlı Cavidin həyatını xilas etmiş Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova bu gün mükafatlandırılıb.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıt Səhiyyə Şöbəsində mükafatın rəsmi təqdimatına dair tədbir təşkil olunub.

İclasda hadisənin təfərrüatları vurğulanıb. Qeyd olunub ki, həkim Ç.Cahangirova bu ilin 25 avqust tarixində hündürmərtəbəli binanın yanından keçərkən balaca bir uşağın yuxarı mərtəbələrdən birinin balkonundan aşağı sallandığını görüb.

Qısa bir an içərisində həkim uşağın təxmini düşəcəyi yeri aydınlaşdıraraq ora atılıb. Elə bu zaman sürətlə aşağı enən uşaq 4-cü mərtəbədəki asqı ipindən yapışaraq bir qədər ləngiyib və sonra yenidən aşağıda duran həkimin qucağına düşüb.

Ç.Cahangirova 4 ildir Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim kimi fəaliyyət göstərir.

Tədbirdə çıxış edən Ç.Cahangirova tibbi yardım göstərdiyi xəstələrin vəziyyətinin yaxşılaşmasına görə həmişə sevindiyini, lakin balaca Cavidin xilasına görə isə özünü xoşbəxt hiss etdiyini etiraf edib.

Qeyd edək ki, hadisəni ilk olaraq Manevr.az saytı ictimailəşdirmişdi


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar