Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bahar Muradova : “Cinayətkarlar cəzasız qaldığı üçün…”

Tarix: 09-08-2017 08:01     Baxış: 4274 A- / A+
Bahar Muradova

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 13 yaşlı Ramin Yusifovun yaralanması faktı Ermənistanın iç üzünü bir daha ortaya qoyur.
Bunu teleqraf.com-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Ermənistanın Tovuz rayonunun Qaralar kəndini atəşə tutmasına reaksiya verərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın bu vandal siyasətinin mahiyyəti insanlığa və bəşəriyyətə qarşı cinayətlər toplusundan ibarətdir:

“Biz nə qədər beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətli yanaşmağa, nəinki belə hadisələri təkcə pisləməyə, bu kimi nəticələrə gətirib çıxaran siyasətlərə qarşı çıxmağa, Ermənistanın təcavüzkar siyasətini durdurmağa çağırsaq da, çox təəssüf ki, dünya ictimaiyyəti bu məsələdə seyrçi mövqedə qalmaqda davam edir. Hətta hansısa səslər qalxırsa belə, beynəlxalq ictimaiyyətin ümumi mövqeyinə çevrilə bilmir. Təəssüf ki, təkcə bizim regionda deyil, bütün dünyada bu gün uşaqlara, qadınlara, qocalara, bütövlükdə insanlığa qarşı cinayətlər getdikcə genişlənməkdə və çoxalmaqdadır. Cinayətkarlar cəzasız qaldığı üçün indiyədək başda Ermənistan olmaqla, bu kimi siyasətləri aparan ölkələr bunu bir növ adi hal kimi qəbul edərək hədəflərinə çatmaq üçün istfadə etməkdədirlər. Bəlkə də bu, vasitədən daha çox artıq onların məqsədinə çevrilib. Çünki məqsəd Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlarını, bütövlükdə Ermənistanın iştahası və iddia obyekti olan əraziləri sakinlərdən təmizləmək, onları yaşadığı yerdən didərgin salmaq və bir növ hər zaman təhlükə altında olduqlarını anlatmaqdan ibarətdir ki, öz təcavüzkar siyasətlərini daha rahat aparsınlar. Məqsədləri yalnız heç də hazırda işğal altındakı ərazilərdə möhkəmlənməkdən ibarət deyil, onlar qarşılarına bundan da irəli gedən “hədəflər” qoyublar”.

Bahar Muradovanın fikrincə, bu yaxınlarda azyaşlı Zəhra və nənəsinin qətlə yetirilməsini olmayan “vicdanlarına” sığışdırmaları bu siyasəti aparanların mahiyyətindən, iç üzündən xəbər verir və göstərir ki, Ermənistanın yeritdiyi siyasət nəinki insanlığa, həm də öz xalqına qarşıdır: “Başqa xalqlara bədbəxtlik gətirən siyasətin öz xalqına xoşbəxtlik gətirməsi mümkün deyil. Ermənistanın hazırki durumu, ictimaiyyətdə getdikcə qalxmaqda olan səslər göstərir ki, nəinki analar, atalar da özgə torpağında öz övladlarını itirmək istəmir və bu siyasət heç kimə fayda gətirmir. İndiki zaman çərçivəsinə sığışdırsaq, bu, Ermənistanda hazırda hakimiyyətdə olan insanların öz vətəndaşlarını müharibə təhlükəsi altında saxlamaqla öz iqtidarlarının ömrünü uzatmağa yönəldiyini bir daha ortaya qoyur”.

Vitse-spiker hesab edir ki, uşaq qatilləri, dinc insanlara qarşı silah tutan, atəş açan və onların öldürülməsini öz qəhrəmanlığı və xalqına xidmət sayanları tarix çox pis şəkildə cəzalandıracaq: “Bu cəzanın tam şəkildə verilməsi üçün biz də Azərbaycan olaraq bütün imkanlarımızı səfərbər edərək həm siyasi, həm də digər yollarla Ermənistana öz yerini göstərməli və Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik. Bu, bizim qarşımızda duran vəzifədir. Bizim vəzifəmiz müqəddəs olduğu halda, Ermənistanın qarşısında duran “hədəflər” bütün insanlığa qarşı yönəlib. Adicə bu müqayisə kimin kim olduğunu söyləməyə imkan verir”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri dünən Tovuz rayonunun Qaralar kəndini atəşə tutublar. Hadisə nəticəsində 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğlu yaralanıb. O öz qapılarında olarkən həyətə mərmi düşüb. Çoxsaylı qəlpə yarası alan yeniyetmə həkimlər tərəfindən əməliyyat olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar