Xəbər lenti
Sulutəpədə gizli sex aşkarlandı
Manevr.az
Vergilər Nazirliyinin əməkdaşları Bakı şəhəri ərazisində aparılan vergi nəzarəti tədbirləri zamanı qanunvericiliyin tələblərini pozmaqla saxta əmtəə nişanlı yuyucu vasitələrinin istehsalı ilə məşğul olan sex aşkar edib.
Vergilər Nazirliyindən verilən məlumata görə, tədbir zamanı fiziki şəxs Abdullayev Elməddin Fazil oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində “FRESH” və “ONEX” adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq, müxtəlif ticarət obyektlərinə daşınması və satışa çıxarılması, eləcə də 5 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığı müəyyən edilib.
Vergi ödəyicisinin anbarından ümumi satış qiyməti 2784 manat olan yarım, bir və dörd litrlik qablarda 6416 ədəd yuyucu məhsul aşkarlanıb.Teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar