Xəbər lenti
Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas etdi
Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib.
Manevr.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Yol-Patrul Xidmətinin 5-ci tağımının əməkdaşları keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə xidmət göstərən zaman “BMW” markalı avtomobil onlara yaxınlaşıb. Avtomobilin sürücüsü nəqliyyat vasitəsində xəstə sərnişinin olduğunu deyərək, polis əməkdaşlarından ona kömək etmələrini xahiş edib.
Yol-Patrul Xidmətinin əməkdaşları dərhal avtomobildə infarkt keçirmiş 1956-cı il təvəllüdlü Ağayev Tofiq Heybətulla oğlunu xidməti avtomobillə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Terapiya şöbəsinə çatdırıblar.
Xəstəyə həkimlər tərəfindən tibbi yardım göstərilib və bununla da onun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb."Report"

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar