Xəbər lenti
Azərbaycanda canavarlar kəndə hücum etdi : yaralılar var

Ağsu rayonunda canavarlar sakinlərlə hücüm edib.
Manevr.az "report"a istinadən xəbər verir ki, hadisə ötən gün axsam saatlarında rayonun Padar kəndində baş verib.
Yırtıcıların sakinlərə hücumu nəticəsində həmin kəndin sakinləri - Həsrət Qurbanov və Fikrət Alıyev xəsarət alıblar. H. Qurbanov Agsu Rayon Mərkəzi Xəstəxanasına, digər yaralı F.Alıyev isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Göyçayda xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti ağır olduğundan o, ilkin tibbi yardımdan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Agsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən H.Qurbanov dərhal əməliyyat olunub. Xəstəxanadan "Report"a bildiriblər ki, hazırda xəstənin otra ağırdır, lakin o, beş saat əməliyyatda qalıb. Onun baş, üz və qulaq nahiyəsində ciddi xəsarətləri var. Xəstə üçün lazımi tibbi tədbirlər görülüb və ona quduzluga qarşı peyvənd vurulub.
Kənd sakinlərinə xəsarət yetirən canvarlardan biri sakinlər tərəfindən öldürülüb, rayonun baytarlıq idarəsinin əməkdaşı əraziyə baxış kecirib.
Qeyd edək ki, canavarların həmin kəndə hücüm ilk dəfə deyil. Yırtıcılar bundan öncə də kəndə hücüm edərək 3 sakinə xəsarət yetirib.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar