Xəbər lenti
Ağcabədidə BOMBA ilə bağlı yalan məlumat verən şəxs saxlanıldı
Avqustun 4-də saat 1.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə FHN-dən naməlum şəxsin zəngi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, məlumatda "112 Xidməti"nə zəng edən bir nəfərin özünü təqdim etmədən "bomba var" sözlərini deyərək dəstəyi asması bildirilib.
Dərhal görülmüş tədbirlərlə zəngin Ağcabədi şəhərindən edilməsi müəyyən edilib.
Bu barədə ərazi aidiyyatı üzrə Ağcabədi RPŞ-yə məlumat verilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin rayon sakini 24 yaşlı Nurlan Cəbrayılov olması müəyyən edilib və o, saxlanılaraq polis şöbəsinə gətirilib.
İlkin araşdırmalarla onun analoji cinayətə görə 2014-cü ildə Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə məhkum edilməsi, cari il martın 16-da isə Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi müəyyən edilib.
Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar