Sizin Reklam Burada
Xəbər lenti
25-11-2026
24-11-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcər Şəhəri Günü çərçivəsində “Zınqırovlu pişik” tamaşası nümayiş olundu - Şəkillər

Tarix: 25-11-2026 21:30     Baxış: 332 A- / A+
Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə növbəti Şəhər Günü qeyd olunur. Şəhər Günü tədbirləri çərçivəsində Gəncə Dövlət Kukla Teatrının kollektivi Əhməd Orucun “Zınqırovlu pişik” tamaşasını təqdim edib.

Tamaşa Kəlbəcər şəhərinin mərkəzi meydanında qurulmuş səhnədə nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Vətən müharibəsi qazisi, Prezident mükafatçısı Şamil Məmmədli, quruluşçu rəssamı Sara Məmmədovadır. Rolları Saleh Cümşüdlü, Elmar Vəliyev, Məhəmməd Hacıyev, Zülfiyyə Əliyeva və Nərmin Şərifova ifa edirlər. Tamaşada anbardarın siçanlarla mübarizəsindən bəhs olunur. Müxtəlif musiqi janrlarından istifadə olunan səhnə işində birliyin həmişə real nəticələr verdiyi fikri ön plana çıxarılır. Birliyin, həmrəyliyin səhnə təcəssümü olan tamaşa uşaqlar və valideynlər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixində imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan olunub.

Manevr.az

PhotoPhotoPhotoPhotoPhotoPhotoPhoto

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar