Sizin Reklam Burada
Xəbər lenti
25-11-2026
24-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bakının mərkəzinə maşınla girmək pullu olacaq: Ödəniş necə hesablanacaq?

Tarix: 25-11-2026 20:46     Baxış: 330 A- / A+
Məlum olduğu kimi Bakının müəyyən ərazilərində ödənişli hərəkət zonalarının yaradılması nəzərdə tutulur. Bu isə həmin ərazilərə şəxsi avtomobillə daxil olan sürücülərin əlavə xərc çəkməsi deməkdir. Məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Avtomobil yolları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb. Yeni dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək. Həmin zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək.

Digər dəyişiklik avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir. Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcılara məsafə əsaslı avtomobil nəqliyyatı xidmətlərinin göstərilməsinə görə subsidiya ayrılacaq. Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək və onun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.
Bəs, Bakıda hansı ərazilər ödənişli hərəkət zonalarına daxil ediləcək? Ödəniş bütün avtomobillərə şamil olunacaqmı?
Yeni nəqliyyat sistemi cibimizə necə təsir edəcək? — TodayPress.tv
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki,  "Ödənişli hərəkət zonalarının xəritəsi artıq hazırlanır. İlkin yanaşmaya görə, bu zonaların əsasən nəqliyyat sıxlığının yüksək olduğu paytaxtın mərkəzi hissələrini, tarixi tikililərin yerləşdiyi əraziləri və işgüzar mərkəzləri əhatə etməsi nəzərdə tutulur. Ödənişin sabit tarif əsasında deyil, günün saatından və nəqliyyat intensivliyindən asılı olaraq diferensiallaşdırılması planlaşdırılır. Eyni zamanda, müəyyən güzəştli kateqoriyalar və həmin ərazilərdə yaşayan sakinlər üçün xüsusi tariflərin tətbiqi nəzərdə tutulur. Sistemin fəaliyyəti şlaqbaumlar vasitəsilə deyil, avtomatlaşdırılmış qaydada təşkil ediləcək. Belə ki, ödənişli zonaların giriş və çıxışlarında avtomobillərin dövlət qeydiyyat nişanlarını tanıyan kameralar quraşdırılacaq. Sürücülər ödənişi mobil tətbiq vasitəsilə avtomatik və ya zonaya daxil olduqdan sonra 24 saat ərzində onlayn kanallar üzərindən həyata keçirə biləcəklər. Toplanan vəsaitin isə ictimai nəqliyyatın inkişafına yönəldilməsi nəzərdə tutulur". musavat.com 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar