Sizin Reklam Burada
Xəbər lenti
25-11-2026
24-11-2026
BÜTÜN XƏBƏRLƏR

Müharibə veteranlarına hansı güzəştlər edilir?

Tarix: 25-11-2026 16:32     Baxış: 420 A- / A+
Müharibə veteranları bir sıra sosial güzəştlərdən yararlana bilərlər.
Manevr.az xəbər verir ki, bu güzəştlərə aylıq təqaüd, vergi azadolmaları, təhsil haqqının dövlət hesabına ödənilməsi və digər imtiyazlar daxildir.
Qanunvericiliyə əsasən, müharibə veteranı statusunu təsdiq edən vəsiqəni aldıqdan sonra aylıq 80 manat təqaüd almaq hüququ yaranır.
Bundan başqa, əlillik müəyyən edilmədiyi halda ağır xəsarət alanlara 2 750 manat, yüngül xəsarət alanlara isə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulur.
Müharibə veteranları işçilərin ixtisarı zamanı işdə saxlanılmağa üstünlük hüququna malikdirlər. Onlara ən azı 46 təqvim günü məzuniyyət, işçinin xahişi ilə isə bir iş ili ərzində 14 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.
Veteranlar üçün vergi güzəştləri də nəzərdə tutulub. Muzdlu işdən əldə olunan aylıq gəlirin 400 manatlıq hissəsi vergidən azad edilir, torpaq vergisi 10 manat, əmlak vergisi isə 30 manat azaldılır.
Eyni zamanda, bakalavr, magistratura və kollec səviyyələrində ödənişli təhsil alan müharibə veteranlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Onlar həmçinin özünüməşğulluq proqramına növbədənkənar cəlb olunur, kiçik ailə təsərrüfatı və müəssisələrinin qurulması üçün aktivlərlə təmin edilirlər.
Veteranlara narkoloji dispanser və sağlamlıq haqqında arayışlar da ödənişsiz verilir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar