Sizin Reklam Burada
Xəbər lenti
25-11-2026
24-11-2026
BÜTÜN XƏBƏRLƏR

Balakənin keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu

Tarix: 25-11-2026 15:45     Baxış: 331 A- / A+
Balakənin keçmiş icra başçısının əmlaklarına həbs qoyulduBalakənin korrupsiya cinayətlərində ittiham olunan sabiq icra başçısı İslam Rzayevin əmlakı üzərinə həbs qoyulub.
Manevr.az “qafqazinfo”ya istinadla bildirir ki, icra başçısının mülklərinin demək olar, hamısı Bakıda yerləşir:
1. Bakıda fərqli ünvanlarda bir neçə mənzil;
2. Bağ evi;
3. Qeyri-yaşayış sahələri (obyektlər);
4. Üç bahalı minik avtomobili;
5. Doğulduğu Göyçay rayonunda bağ evi.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında üzərinə həbs qoyulan əmlakların ümumi qiyməti 3 milyon manata yaxındır.
Artıq DTX bu iş üzrə istintaqı bitirib. İslam Rzayevə qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (mənimsəmə-külli miqdarda), 311.3.2, 311.3.1, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə yekun ittiham verilib. Bu maddələrin sanksiyasında 10 ildən çox həbs cəzası nəzərdə tutulur.
Eks-icra başçısının işi Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. İlk məhkəmə gələn cümə keçiriləcək.
Qeyd edək ki, İslam Rzayev ötən il DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar