Sizin Reklam Burada
Xəbər lenti
19-11-2026
18-11-2026
BÜTÜN XƏBƏRLƏR

Baxış sayını süni artıran saytların maliyyə yardımı kəsiləcək

Tarix: 20-11-2026 10:35     Baxış: 327 A- / A+


Sosial şəbəkə hesablarının və veb-sayt göstəricilərinin süni artırıldığı aşkar edilərsə, onlayn media subyektinə həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq.
Manevr.az xəbər verir ki, bunu apa-ya müsahibəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.
Natiq Məmmədli bildirib ki, ümumi səhifə baxışlarının, veb-sayta daxilolmaların, sosial şəbəkə hesablarının izləyici sayının və qarşılıqlı əlaqə göstəricilərinin proqram təminatı və ya digər vasitələrlə həqiqi istifadəçi marağını və fəallığını əks etdirməyən şəkildə artırılması halında müvafiq göstəricilər qiymətləndirmədə nəzərə alınmayacaq.
Onun sözlərinə görə, maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edilərsə, həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq və xəbərdarlıq ediləcək:
“Bu hal ikinci dəfə təkrarlandıqda isə müqaviləyə xitam veriləcək və media subyekti növbəti yarım il üçün elan edilən müsabiqədə iştirak edə bilməyəcək”.
Natiq Məmmədli qeyd edib ki, bu prinsipial yanaşma media subyektləri arasında rəqabətin rəqəmsal etika prinsiplərindən kənara çıxmasının qarşısını alacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar