Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Havanı korlayan 160 sürücü cərimələndi - BAKIDA

Tarix: 04-08-2017 19:49     Baxış: 5291 A- / A+
Havanı korlayan 160 sürücü cərimələndi

Bu gün səhər saatlarından nahar fasiləsinə qədər "Təmiz hava” aylığı çərçivəsində Bakının "Ekologiya postu”nda 100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib.

Manevr.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, saxlanılan avtomobillərdən 16-nın ixrac etdiyi dəm qazı normadan artıq olduğu üçün onlara inzibati protokol tərtib edilib.

V.Əsədovun sözlərinə görə, ümumilikdə aylığın başlandığı 4 gün ərzində, yəni avqustun 1-dən bu günə qədər "Ekologiya postu”nda 160 avtomobilə protokol tərtib edilib.

Qeyd edək ki, avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava” aylığı keçirir.

Aylığın keçirilməsində əsas məqsəd atmosferin çirkləndirilməsinin qarşısını almaqdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar