Sizin Reklam Burada
Xəbər lenti
18-05-2024
17-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fransadan gələn şəxsdən Bakıda DƏHŞƏTLİ ƏMƏL

Tarix: 04-08-2017 19:14     Baxış: 5220 A- / A+
Fransadan gələn şəxsdən

Sumqayıt şəhərində tanışını qətl törətməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Zakir Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il fevralın 5-də Bakı şəhər sakini, 64 yaşlı Firudin Hüseynovun meyiti Nərimanov rayonundakı mənzilində tapılıb.
Məlum olub ki, o, həmin ünvanda tanışı Zakir Məmmədovla mübahisə edib. Mübahisə zamanı Zakir Məmmədov Firudin Hüseynovun baş nahiyəsindən küt alətlə vurub. O, aldığı xəsarətdən ölüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirlərilə qatil tutulub.
İstintaq materiallarına görə, Zakir Məmmədov Firudin Hüseynovdan su qızdırıcısı almaq üçün onun evinə gəlib. Evdə onların arasında pul mübahisəsi yaranıb.
Bu zaman Zakir Məmmədov qızdırıcının üstündəki dəmir parçasını götürərək Firudin Hüseynovun başına bir neçə zərbə vurub. Firudin Hüseynov oradaca ölüb. Zakir Məmmədov onun əlindən yerə düşən 100 manatı götürərək evdən çıxıb.
İstintaq zamanı Zakir Məmmədovun dələduzluq əməli törətdiyi, buna görə qətl hadisəsindən əvvəl dələduzluq etdiyi üçün axtarışda olduğu aydınlaşıb. Belə ki, Zakir Məmmədov aptekə daxil olaraq Tərlan Aslanovun etibarından sui-istifadə edərək mobil telefonunu danışmaq adı ilə alaraq aptekdən çıxıb və oradan uzaqlaşıb.
Bundan əlavə, Zakir Məmmədov Anar Kərimovun 1200 manatlıq əmlakını soyğunçuluq yolu ilə ələ keçirib.
Zakir Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 178.3.2-ci ( külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 180-ci (soyğunçuluq) və 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham edilib.
Qeyd edək ki, Zakir Məmmədov Strasburqda universitetlərdən birində təhsil alıb. Onun bir övladı var.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar