Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycanda mənimlə zibil kimi davrandılar” - Efiopiyalı idmançı

Tarix: 04-08-2017 15:43     Baxış: 4250 A- / A+
  “Azərbaycanda mənimlə zibil kimi davrandılar”

Azərbaycan millisinin sabiq atleti Layeş Abdullayeva şok açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

“The Guardian” nəşrinə danışan atletika millimizin sabiq üzvü ölkəmizdə başına gələnləri danışıb:

“Azərbaycanda mənə yaxşı maaş, bahalı evlər, maşınlar vəd etdilər. Qalib gələcəyim halda bunları alacağımı bildirdilər. Amma heç vaxt heç nə qazanmadım. Pulumu oğurladılar. Məni dopinq qəbul etməyə məcbur etdilər. Ora gedənlərə məsləhət görərdim ki, bu vədlərə inanmasınlar.

Mənə aylıq 300 dollar maaş verirdilər. Amma nəticə qazanacağım halda 1000 dollar verəcəkdilər. Lakin bu baş vermədi. Cəmi 150 dollar alırdım. 8 ay sonra baş məşqçidən soruşdum ki, niyə mənə 1000 dollar maaş vermirsiz. Axı söz vermişdiniz. Dedim ki, federasiya prezidentinə şikatə edəcəm. Nə vaxt ki, danışdım elə həmin vaxt cibindən pulu çıxarıb verdi. Sən demə pulu alıb cibinə qoyurmuş.

Layeş bildirib ki, 2012-ci il London Olimpiadasına qatılarkən məşqçisi ona dopinq verib: “Stokholmda zədələnmişdim. 2011-ci ildə baş vermişdi bu. Lakin mənə bildirdilər ki, yarışmalısan. Məcbur çıxıb yarışa qatılacaqdım. Sonra mənə bir həb verdilər. Dedilər ki, qorxduğun vaxt bu köməyinə gələcək. Lakin o, yanımdan getdikdə paketi unutdu. Gördüm ki, üzərində “tribulus testosterone” yazılıb. İnternetdən bu barədə araşdırma apardım. Çox qəzəbləndim. Gələcəkdə hamilə olmaqla bağlı problemlə üzləşmək istəmirdim. Amma bu onların vecinə deyildi.

Bir yarışda qazandığım uğura görə mənə dövlət tərəfindən 25 min dollar verildi. Atletika federasiyası isə bunun 7 min dollarını əlimdən aldı. Hətta mənə maaş verməyi də dayandırdı. Azərbaycan üçün əlimdən gələni etdim. Mükafatlarım qaldı. İndi də onlar bunu təkzib edirlər. Çünki mənim kimi idmançı ilə zibil kimi davrandılar”.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar