Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

DİQQƏT! ŞAD XƏBƏR! Bundan sonra Azərbaycanda bu şəxslər PENSİYA ALACAQ

Tarix: 03-08-2017 22:41     Baxış: 5372 A- / A+
DİQQƏT! ŞAD XƏBƏR!

"Əvvəlki qanunda 12 il iş stajı tələb olunurdusa, indi bu, aradan qaldırılır. Sadəcə pensiya hüququ qazanmaq üçün Dövlət Sosial Müdafiə Fonduna yığdığı kapitalın 110 manata çatması bəs edir ki, onu alsın. Şəxsin işlədiyi dövrdə DSMF-yə ödənişlər, təxminən 16 min manata qədər olmalıdır ki, minimum pensiya almaq hüququ qazansın. Bunun iş stajına aidiyyəti yoxdur".

Manevr.az-ın "Sputnik Azərbaycan"a istinadən verdiyi xəbərə görə, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikləri şərh edərkən belə deyib. "35 il iş stajı yalnız ona görə lazımdır ki, o şəxs 80 faizlə pensiya alsın. Əmək haqqının 80 faizi ilə pensiya almaq iddiası yoxdursa, ona az staj da kifayət edir" — M. Quliyev bildirib. Onun sözlərinə görə, şəxsin 65 yaşı tamam oldusa, onun yığdığı pensiya kapitalı minimum 110 manata çatırsa, pensiya almaq hüququ qazanır.

Deputat qeyd edib ki, həkim və müəllimlər ümumi qaydada 65 yaşı tamam olanda pensiya alacaqlar: "Belə ki, kişilərin yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq. Bunlar polis və hərbi qulluqçulara şamil olunmur və onlar əvvəlki qaydada pensiyalarını alacaqlar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar