Sizin Reklam Burada
Xəbər lenti
05-11-2026
04-11-2026
BÜTÜN XƏBƏRLƏR

Nigar Fərhadın əri yenidən həbs edildi

Tarix: 05-11-2026 16:21     Baxış: 314 A- / A+
Samir Yəhyazadə, Nigar FərhadVətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan “AİD Group” xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib.
Manevr.az-ın məlumatına görə, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar verib.
Daha sonra prokurorluğun apellyasiya protesti əsasında onunla bağlı yeni qərar qəbul edilib.
Bakı Apellyasiya Məhkəməsi Baş Prokurorluğun Binəqədi rayon Məhkəməsinin qərarı ilə bağlı apellyasiya protestini təmin edib. Samir Yəhyazadə məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Samir Yəhyazadəyə Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2-ci (təkrar törədildikdə), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 318-1.1-ci ( Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycana qanunsuz gəlməsini, Azərbaycan ərazisində qanunsuz qalmasını, Azərbaycan ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycandan qanunsuz getməsini təşkil etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycanın saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham elan edilib.
Cinayət işi Baş Prokurorluqda araşdırılır.
Samir Yəhyazadənin həyat yoldaşı “AİD Group” xaricdə təhsil şirkətinin təsisçisi və rəhbəri Nigar Fərhad da bu ilin avqust ayında saxlanılıb, daha sonra barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar