Sizin Reklam Burada
Xəbər lenti
03-11-2026
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

Gələn il pensiyalar neçə faiz artacaq?

Tarix: 04-11-2026 15:12     Baxış: 325 A- / A+
Gələn il pensiyalar neçə faiz artacaq?
2027-ci ildə Azərbaycanda əmək pensiyalarının 7,5 faiz artırılması proqnozlaşdırılır.
Manevr.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, 2027-ci ildə əmək pensiyalarının ödənilməsi xərcləri 8 milyard 669,43 milyon manat nəzərdə tutulub.
Bu, 2026-cı ilin təsdiq edilmiş proqnoz göstəricisi ilə müqayisədə 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.
Pensiyaların indeksləşdirilməsi zamanı 2027-ci ildə orta aylıq nominal əmək haqqının gözlənilən artım tempinin 7,5 faiz olacağı nəzərə alınıb.
Büdcə layihəsində qeyd olunur ki, 2026-cı ilin sonuna əmək pensiyalarının orta aylıq məbləğinin 663,82 manat olacağı gözlənilir. Bu göstəricinin dinamikası nəzərə alınmaqla, 2027-ci ildə pensiya xərclərinin ümumi həcminin 8 milyard 669,43 milyon manata çatacağı proqnozlaşdırılır.
Layihəyə əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək pensiyasının 2026-cı ildə gözlənilən 594,4 manatdan təxminən 7,5 faiz artaraq 639 manata çatacağı proqnozlaşdırılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar