Sizin Reklam Burada
Xəbər lenti
03-11-2026
02-11-2026
BÜTÜN XƏBƏRLƏR

Prezidentin yüksək vəzifə verdiyi Səbuhi Sadıqov kimdir?

Tarix: 03-11-2026 18:51     Baxış: 340 A- / A+
Prezidentin yüksək vəzifə verdiyi Səbuhi Sadıqov kimdir?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Manevr.az xəbər verir ki, S.Sadıqov 1984-cü ildə anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və Kredit" ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib.
2014-cü ildə ABŞ-ın Nyu Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb.
2007-2018-ci illərdə "Ernst & Young" beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışıb və baş menecer səviyyəsinədək yüksəlib.
2018-2021-ci illərdə PMD şirkətlər qrupunda Audit departamentinin direktoru, habelə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bu gün isə o, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri olub.
Ailəlidir, 2 övladı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar