Sizin Reklam Burada
Xəbər lenti
02-11-2026
01-11-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu şəxslər metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

Tarix: 02-11-2026 21:30     Baxış: 334 A- / A+
TəhsilPlus kartı olan təhsil işçiləri noyabrın 2-dən 30-dək həftəiçi hər gün metro və avtobuslarda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər.

Güzəştdən yararlanmaq üçün TəhsilPlus kartı ilə “Apple Pay” və ya “Google Pay” vasitəsilə NFC ödənişi edilməlidir.

Kampaniya bazar ertəsindən cüməyədək qüvvədədir. Güzəşt hər kart üzrə gündə bir dəfə tətbiq olunur, ikinci və sonrakı gedişlər isə standart tariflə hesablanır. TəhsilPlus kartı ilə ictimai nəqliyyatda standart tarif üzrə ödənişlərə də 10 faiz bonus verilir.

Hazırda kartların təhsil işçilərinə təqdim edilməsi mərhələli şəkildə davam edir. İlkin mərhələdə məktəbəqədər, ümumi və ali təhsil müəssisələrinin əməkdaşlarının kartlarla təminatına başlanılıb. Aktiv istifadəçilərin sayı artıq 185 mini ötüb.

Qeyd edək ki, TəhsilPlus layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir. Kart əməkhaqqı və debet kartı funksiyalarını birləşdirməklə yanaşı, təhsil müəssisələrində giriş-çıxış vasitəsi kimi də istifadə olunur. banker.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar