Sizin Reklam Burada
Xəbər lenti
02-11-2026
01-11-2026
BÜTÜN XƏBƏRLƏR

Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi

Tarix: 02-11-2026 19:31     Baxış: 338 A- / A+
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildiProkurorluq oranlarının veteran əməkdaşları Çingiz Yavər oğlu Məmmədovun 75, Əziz Cəfər oğlu Seyidovun isə 70 illik yubileylərinin tamam olması münasibətilə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Baş prokuror Kamran Əliyev çıxış edərək veteranları əlamətdar yubileyləri münasibətilə təbrik edib, onların uzunillik və səmərəli xidmətlərinin prokurorluq orqanlarının formalaşması və inkişafında, qanunçuluğun möhkəmləndirilməsində, dövlət və cəmiyyət qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsində mühüm rol oynadığını vurğulayıb.
Baş prokuror tərəfindən yubilyarlara "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib.
Veteran prokurorluq işçiləri çıxışlarında uzun illər ərzində prokurorluq orqanlarında fəaliyyət göstərməyin onlar üçün böyük şərəf və qürur mənbəyi olduğunu bildiriblər. Onlar prokurorluq sistemində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatları, istintaq fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımları, ağır və mürəkkəb cinayət işlərinin araşdırılmasında əldə olunan müsbət nəticələri, habelə Azərbaycan Prokurorluğunun beynəlxalq nüfuzunun yüksəldilməsi və beynəlxalq əməkdaşlığın inkişafı sahəsində görülən işləri məmnunluqla qeyd ediblər. Veteranlar, həmçinin qurumun rəhbərliyi tərəfindən keçmiş əməkdaşlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, yubiley medalları ilə təltif olunmalarına görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Manevr.az
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar