Xəbər lenti
Bakıda sərnişin avtobusa qoyunla mindi (FOTO)

Bu gün Bakıda vətəndaş ictimai nəqliyyata qoyunla minib.
Manevr.az pressclub.az-a istinadən xəbər verir ki, bu haqda Bakı sakinlərindən biri məlumat verib: “Bu gün bir vətəndaş 128 nömrəli avtobusa qoyunla daxil oldu. Yol boyu qoyun yeri batırdı və avtobusu iyi basmışdı. Digər sərnişinlər etirazını bildirdilər ki, a kişi, bu nədi? O da cavab verib ki, qoyundu da, burada nə var ki?!”
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, heyvanla paytaxtın ictimai nəqliyyatına minmək olmaz: “Siz hansısa xarici ölkədə qoyunla avtobusa, metroya minən görmüsünüz? Bu, ola bilməz. Ümumiyyətlə, heyvanı daşımaq üçün xüsusi nəqliyyat vasitələri var. Bu, bir az mədəniyyət məsələsidir. İndi o adamı cəzalandırmaq da olmur. Gülməli bir haldır. Marşruta qoyun mindirmək biabırçılıqdır. Sürücü hara baxırmış? Sürücü buna niyə icazə verib, onu anlaya bilmədim”.

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar