Sizin Reklam Burada
Xəbər lenti
31-10-2026
30-10-2026
BÜTÜN XƏBƏRLƏR

Şagirdləri aqressivləşdirən üç əsas amil - VİDEO

Tarix: 01-11-2026 09:33     Baxış: 340 A- / A+
Şagirdləri aqressivləşdirən üç əsas amil - VİDEO
Sosioloq Üzeyir Şəfiyev Baku TV-yə açıqlamasında məktəblərdə şagirdlər arasında aqressiyanın artmasının səbəblərindən danışıb.
Manevr.az bildirir ki, sosioloq şagirdlərin davranışına  ailə, məktəb və sosial şəbəkələrdəki mühitin təsir göstərdiyini qeyd edib.
Sosioloq bildirib ki, ailədə valideynlər arasında, eləcə də valideynlə övlad arasındakı münasibətlərdə aqressiv davranışların olması uşaqların psixologiyasına mənfi təsir göstərir.
O qeyd edib ki, məktəb mühitində şagirdlərin bir-birini alçaltması, təhqiredici ifadələr işlətməsi, həmçinin müəllim və şagirdlər arasında yaranan problemlər də aqressiyaya səbəb olur.
Üzeyir Şəfiyev sosial şəbəkələrin də bu prosesə təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, xüsusilə "TikTok" və digər platformalarda aqressiyanı təşviq edən paylaşımların yayılması şagirdlərin davranışlarına birbaşa təsir göstərir.
Sosioloqun fikrincə, aqressiya xüsusilə 11-16 yaşlı yeniyetmələrdə daha qabarıq müşahidə olunur. Bu dövrdə orqanizmdə baş verən fizioloji və psixoloji dəyişikliklər də davranışlara təsir edir. Buna görə də həmin yaş qrupuna aid şagirdlərlə tərbiyəvi işlərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar